İslandiyada maqma enerjisindən istifadə edən geotermal elektrik stansiyası inşa edilib
İslandiya Energetika İdarəsi və enerji şirkətlər qrupunun mütəxəssisləri Yer qabığını 2100 metr dərinliyində qazmaqla maqma əsasında dünyanın ilk geotermal elektrik stansiyasını yaradıblar. Qabığın altında yerləşən təbəqə - Yer mantiyası indiyədək ikinci dəfədir qazılır.
Şaxtanın divarları poladla hörülərək soyuq su ilə doldurulan və yüksəktəzyiqli qızdırılmış buxar şəklində qayıdan quyuya çevrilib. Temperatur dərəcəsi 450°C olan buxar elektrik stansiyasına ötürülərək orada turbinləri fırladır.
Quyu vulkan krateri yaxınlığında qazılıb. Qazma işləri təbəqə su ilə yuyulmaqla aparılıb. Belə ki, quyuya maqmanın yolunu kəsən daş süxurlarını parçalayan soyuq su vurulub. Hesablamalara əsasən, maqma ilə qidalanan stansiya 36 meqavatadək gücü generasiya edəcək. Layihə çərçivəsində geotermal stansiyaların güc və buxar temperaturunda dünya rekorduna imza atılıb.
Hazırda layihənin fəaliyyəti bir neçə ay müddətinə dayandırılıb. Buna səbəb quyuya buxarın elektrik stansiyasına ötürülməsi üçün borular qoşulan zaman klapanın sıradan çıxması və şaxtanın müvəqqəti bağlanmasıdır. Bir neçə müddətdən sonra quyunun yenidən açılması, eləcə də daha bir quyunun qazılması planlaşdırılır, - "Computerworld" www.osp.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL