waplog

“WCFDavos Kyiv” forumunda rəqəmsal kommunikasiyalar müzakirə olunacaq


Martın 14-də Kiyevdə təşkil olunacaq kommunikasiya forumu (“WCFDavos Kyiv”) çərçivəsində “Rəqəmsal effektivlikdən biznes effektivliyinə. Yeni pullar” mövzusunda panel müzakirəsi keçiriləcək.
 
Tədbirin media tərəfdaşlarından biri olan Azərbaycanın “RED Communications” agentliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Davos Kommunikasiya Forumu – biznesdə, ictimaiyyət sektorunda və rəqəmsal məkanda effektiv həllərin axtarışına dair meydançadır. Forumun müzakirə panellərinin biri ən tez inkişaf edən və tələbatı çox olan rəqəmsal kommunikasiyaya həsr ediləcək. Ukraynada ilk dəfə olaraq dünya mütəxəssisləri rəqəmsal reallığa dair bilikləri  bölüşəcək və rəqəmsal marketoloqlar üçün “Big Data”nın üstünlükləri barədə söz açacaqlar.
 
Tədbirin məruzəçiləri sırasında rəqəmsal və sosial media liderliyi ilə məşğul olan “cc:catalfamo” butikinin rəhbəri, rəqəmsal kommunikasiya sahəsində tanınmış mütəxəssis Cianni Katalfamo,  Effie Awards” versiyasına görə, strateji planlaşdırma üzrə Ukraynanın ən effektiv rəqəmsal agentliyi olan “Aimbulance”ın icraçı partnyoru və direktoru, Ukrayna Rəqəmsal Agentliyinin rəhbəri Roman Qavriş, – veb-strategiya və elektron biznes inkişafı sahəsində məsləhət xidmətləri göstərən “Lars Hilse” şirkətinin  (Almaniya) təsisçisi və rəhbəri Lars Hils olacaq.
Panelin moderatoru “AGAMA communications” marketinq və media kommunikasiyaları üzrə beynəlxalq agentliklər qrupunun rəqəmsal direktoru Oksana Qorbaç olacaq.

“Rəqəmsal marketinqin çoxdan mövcud olmasına baxmayaraq, “Rəqəmsal kommunikasiyanın biznesimə nə faydası var?” və “Rəqəmsal kanallarda istehlakçının hansı hərəkəti daha effektivdir?” sualları hələ də gündəmdədir. Bu suallara cavab tapmaq üçün biz Avropa və Ukraynanın rəqəmsal kommunikasiya sahəsinin ən yaxşı mütəxəssislərini dəvət etmişik ki, onlar Ukrayna marketoloqlarının vacib məsələlərindən sayılan – rəqəmsal kommunikasiyanı nə cür monetizasiya etmək? – sualı ətrafında açıq müzakirələrdə iştirak etsinlər”, - deyə O.Qorbaç bildirib.

“WCFDavos” – kommunikasiya sahəsində effektiv həllərin axtarışına dair meydançadır. Bu tədbir 2010-cu ildən etibarən Ümumdünya İqtisadiyyat Forumundan bilavasitə sonra həmin zalda keçirilir. “WCFDavos” hər il kommunikasiya sahəsində 3 mindən artıq mütəxəssisi bir araya gətirir. Foruma hər il 5 qitənin 42 ölkəsinin nümayəndələri qatılır. Forumun Əlaqələndirici Komitəsinin tərkibinə 20 ölkədən 29 mütəxəssis daxildir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL