Qazaxıstanla Azərbaycan arasında informasiya məhsulları və xidmətləri üzrə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək
5-7 fevral 2014-cü il tarixində Qazaxıstan “Milli Elmi-Texniki İnformasiya Mərkəzi” SC-nin (“METİM” SC) nümayəndə heyəti AMEA Elmi İnnovasiyalar Mərkəzinə (EİM) səfər edəcək. Səfər elmi-texniki ictimaiyyət üçün informasiya məhsulları və xidmətlərinin inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq və təcrübə mübadiləsinin müzakirə edilməsi məqsədi daşıyır.
EİM-dən bildirilib ki, nümayəndə heyətinin tərkibinə METİM-in Elmi-texniki fəaliyyətin nəticələrinin sistemləşdirilməsi və qiymətləndirilməsi departamentinin marketinq informasiyası və Elmi-texniki fəaliyyətin nəticələrinin qiymətləndirilməsi şöbəsinin rəhbəri Yusifov Əlibəy, Beynəlxalq əlaqələr departamentinin beynəlxalq elmi-texniki informasiya resurslarına daxilolmanın təmin edilməsi şöbəsinin baş mütəxəssisi Axatova Kamilə daxildir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL