waplog

Ən ekoloji şirkətlərin adları açıqlanıb


ABŞ-ın ətraf mühitin mühafizəsi qurumu “Environmental Protection Agency” (EPA) ekologiyanın qayğısına qalan aparıcı texnologiya və telekommunikasiya şirkətlərinin reytinqini tərtib edib. Siyahıda 30 firma yer alıb.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər tədqiqat zamanı bərpa olunan enerjinin qüvvədə olan sertifikatlarının mövcudluğunu və ekoloji məhsulların səmərəli istifadəsini əsas götürüblər.

Reytinqdə birinci yerdə “Intel” korporasiyası qərarlaşıb: il ərzində bərpa olunan enerji mənbələrindən (günəş, külək və sairə) 3.1 milyarddan çox kVT/saat enerji yaradır. “Microsoft” və “Google” şirkətləri reytinqdə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb. Ətraf mühitə öz ehtiyatlı münasibətinə görə dəfələrlə mükafata layiq görülmüş “Apple” şirkəti “EPA”nın siyahısında dördüncü yerdə qərarlaşıb.

“EPA” tərəfindən tərtib edilmiş ən ekoloji istehsalçıların siyahısında “Dell” və “Sony” firmaları da yer alıblar. “Samsung” 14-cü, “Lenovo” isə 19-cu yerdə qərarlaşıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL