“Microsoft” korporasiyası “Foursquare” servisinə 15 milyon dollar yatıracaq
“Microsoft” korporasiyası “Foursquare” servisinə 15 milyon dollar investisiya yatıracaq. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib. 2009-cu ildən fəaliyyət göstərən “Foursquare” sosial şəbəkə və geolokasiya servisinin hibrididir.
2013-cü ilin dekabrında vençur fondlar qrupu "Foursquare” servisinə 35 milyard dollar yatırıb. Beləliklə, servisə yatırılan investisiyaların ümumi həcmi hazırda 50 milyon dollar təşkil edir.
“Microsoft” korporasiyası “Foursquare” ilə lisenziya sazişi imzalayıb. Sənədin şərtlərinə əsasən, korporasiya öz məhsullarında – “Windows” və “Windows Phone” əməliyyat sistemlərində və "Bing” axtarış sistemində servisə məxsus məlumatlardan istifadə etmək hüququ əldə edib.
“Microsoft”a təqdim edilən məlumatlara ilk növbədə “Foursquare” istifadəçilərinin qeyd etdikləri obyektlər bazası və bu və ya digər yerlərin (restoran, mağaza və s.) populyarlığı haqqında məlumatlar daxildir.
ABŞ korporasiyası “Foursquare”in bazasında istifadə edəcək yeganə istehsalçı deyil. Servisin məlumatlarından artıq “Instagram” fotoəlavəsi, “Pinterest” sosial şəbəkəsi və “Uber” taksi çağırışı xidməti istifadə edir.
“Foursquare” istifadəçilərə olduqları yerləri qeyd etməyə və bu informasiyanı dostlarla bölüşməyə imkan verir. Bir neçə dildə işləyən servis veb-versiya və mobil əlavəyə malikdir, - “Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL