waplog

Kök britaniyalılar sağlam həyat tərzi haqqında SMS-lə məlumatlandırılacaq


“BBC”-nin yaydığı məlumata əsasən, Stok-on-Trent şəhərində yaşayan kök britaniyalılara sağlam həyat tərzi haqqında SMS göndəriləcək.
 
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, yerli şurada deyilib ki, hazırda şəhərin təxminən 70 min yaşlı sakini piylənmədən əziyyət çəkir. Buna görə də hakimiyyət belə insanlara arıqlamaq çağırışı ilə SMS göndərməklə bağlı qərar qəbul edib.
 
"Nərdivandan tez-tez istifadə edin" – mesajlardan birinin tərkibi belə səslənir. "Meyvə və tərəvəz yeyin" – başqa SMS isə bu cür səslənir.
Layihənin qiyməti 10 min avro məbləğində qiymətləndirilir. SMS göndərmə on həftə ərzində davam edəcək. Mesajlar layihədə iştirak etməyə qərar vermiş 500 insana göndəriləcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL