waplog

Azərbaycanda bu il statistik məlumatların inkişafı proqramı çərçivəsində elektron informasiya sistemlərinin yaradılması nəzərdə tutulub


Azərbaycan Dövlət Statistika Komitəsi  "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" çərçivəsində bu il ərzində yaşlıların təhsil prosesi üzrə informasiya bazasının təkmilləşdirilməsi məqsədilə “Əhalinin fasiləsiz təhsildə inkişafına dair” seçmə statistik müayinənin keçirilməsi nəzərdə tutulur.
 
“ICTnews” xəbər xidmətinin Statistika Komitəsinin məlumatına əsasən verdiyi məlumata görə, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında vahid statistik informasiya sisteminin yaradılması, dövlət orqanları ilə rəsmi statistik məlumatların elektron mübadilə sisteminin yaradılması və təkmilləşdirilməsi, Dövlət Statistika Komitəsinin “e-sənəd dövriyyəsi-kargüzarlıq” sisteminin inkişaf etdirilməsi nəzərdə tutulub.
 
Eyni zamanda Tədbirlər Planında 2015-ci ilədək yerli və regional məlumat şəbəkələrinin inkişaf etdirilməsi və bu mərkəzlərin texniki vasitələrlə təmin edilməsi, nəşr olunan bütün yekun statistik məlumatların ilkin məlumat bazalarına elektron inteqrasiyasının təmin edilməsi, statistik bülletenlərin nəşr versiyasının onlayn hazırlanması,  Coğrafi informasiya sisteminin yaradılması və inkişaf etdirilməsi gözlənilir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL