“Elektron hökumət” portalında dövlət orqanları üçün elektron xidmət istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ikinci elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub.
Portal üzərindən təqdim olunan e-xidmət informasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulunu əhatə edir.
Dövlət Agentliyinə daxil olan layihələr təqdim edən orqanın fəaliyyət istiqamətləri də nəzərə alınmaqla normativ-hüquqi aktların tələblərinə, texniki və təhlükəsizlik standartlarının tələblərinə uyğunluq, sosial-ictimai əhəmiyyət və iqtisadi faydalılıq, operativlik, modulluluq və miqyaslılıq, sistemlilik, istifadə asanlığı, səmərəlilik, şəffaflıq (sistem daxilində hesabatlılığın təmin edilməsi), inteqrasiya imkanları meyarları üzrə rəy verilir.
Qeyd edək ki, bundan öncə agentliyin "ASAN xidmət mərkəzlərində göstərilən xidmətlərdən istifadə etmək üçün onlayn növbə" xidməti "Elekton hökumət" portalı vasitəsilə istifadəçilərin ixtiyarına verilmişdi.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL