Yeni Fikir Müsabiqəsində yarımfinala vəsiqə qazanmış layihələr fevralın 28-də elan olunacaq
"QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi Yeni Fikir Müsabiqəsində (YFM) iştirak etmək üçün 228 müraciət qeydiyyatdan keçib. "QUTechnopark"ın müdiri İsa Qasımovun sözlərinə görə, müraciətlərin bəzilərində qeydiyyat üçün tələb olunan göstəricilər ən sadə formada belə yazılmayıb. Bu səbəbdən də onlar qiymətləndirilmə mərhələsinə keçməyib: "Hazırda Münsiflər Heyəti tərəfindən birinci mərhələdə layihələrin qiymətləndirilmə prosesi aparılır. Yarımfinala vəsiqə qazanmış layihələr haqqında məlumat 28 Fevral 2014-cü il tarixində elan olunacaq".
Qeyd edək ki, "Öz biznes ağacını yetişdir!" ismarışı ilə təşkil edilən Yeni Fikir Müsabiqəsi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni həyata keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir.
Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Belə gənclər üçün yeni fürsətlər yaradan texnoparkın təşkil etdiyi " Yeni Fikir Müsabiqəsi 2014" layihəsində qalib gələn 3 komandaya pul mükafatları ayrılıb. 1-ci yerə 10 000 manat; 2-ci yerə 5 000 manat, 3-cü yerə 3 000 manat verilməsi nəzərdə tutulur. Layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə "QUTechnopark" İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL