waplog

Penitensiar müəssisələrdə elektron məlumat köşkləri quraşdırılacaq


İşsiz və işaxtaran vətəndaşların boş iş yerləri haqqında məlumat əldə etmək imkanlarının genişləndirilməsi üçün artıq 20-dək ali təhsil müəssisəsində, bütün rayon (şəhər) Məşğulluq mərkəzlərində və Əmək birjalarında, Regional Peşə Tədrisi mərkəzlərində, müxtəlif bölgələrdə əhalinin sıx toplaşdığı yerlərdə, ümumilikdə 129 yerdə elektron köşklər quraşdırılıb.
 
Bunun ardınca isə penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə məlumat əldə edə bilmək imkanlarına malik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həmin müəssisələrdə elektron məlumat köşklərinin quraşdırılması nəzərdə tutulur.
 
Bu, Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında öz əksini tapıb.
 
“ICTnews.az”ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda cəza çəkməkdən azad ediləcək şəxslər elektron məlumat köşkləri vasitəsilə əmək bazarında tələb olunan peşə və ixtisaslar, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı kurslarının təşkili, bu kurslara cəlb olunma qaydaları barədə məlumat ala biləcəklər.
 
 
Seymur 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL