waplog

Azərbaycan poçtu "MasterCard" sisteminə qoşulur


"Azərpoçt" MMC-nin "MasterCard" beynəlxalq ödəniş sisteminin sıralarına daxil olması barədə müqavilə ödəniş sisteminin Türkiyədə yerləşən regional ofisinə təqdim edilib. Bu barədə Azərpoçt MMC-nin baş direktor müavini Sübhan Kazımov deyib.
Onun sözlərinə görə, "Azərpoçt"un "MasterCard" sisteminə daxil olması haqqında müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir.
"MasterCard"a qoşulma Azərbaycanın poçt operatoruna beynəlxalq ödəniş kartlarının buraxılmasına başlamağa imkan verəcək. Bu, MMC-yə perspektivdə pensiyaların ödənilməsinə başlamağa şərait yaradacaq. Poçt operatoru məhz təqaüdçüləri potensial müştəri hesab edir.
Bunun üçün "Azərpoçt" bankomatlar şəbəkəsinin genişləndirilməsi üzrə işlər aparır, belə ki, iqtisadi baxımdan, ona başqa bankomatlardan istifadə etmək sərfəli deyil.
Hazırda "Azərpoçt" MMC-nin Bakıda 7 bankomatı var. İlin sonunadək hər mərkəzləşdirilmiş rayon şöbəsində azı bir bankomatın quraşdırılması planlaşdırılır. Buna paralel olaraq "Azərpoçt" MMC" Visa International" sisteminə qoşulmaq haqqında danışıqlar aparır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL