Yeni tipli elektrolit litium-ion akkumulyatorların təhlükəsizliyini artıracaq
Litium-ion akkumulyatorlarından hər yedə, o cümlədən smartfon və planşetlərdə, eləcə də elektromobil və təyyarələrdə istifadə edilir. Lakin bu cür enerji toplama mənbələri qızma və yanma riski ilə üzləşir ki, bu da maye və ya gel şəkilli elektrolitdən istifadəni nəzərdə tutan konstruksiyanın xüsusiyyətləri ilə izah edilir.
Hazırda Vaşinqton Universitetinin mütəxəssislər qrupu bu problemin həlli üçün təkliflə çıxış edib. Belə ki, alimlər yanma təhlükəsini bütünlüklə istisna edən yeni tip elektrolit hazırlayıblar. Xüsusiyyətlərinə görə saqqızı xatırladan cisim plastik və yüngüldür ki, bu da onu burmağa və uzatmağa imkan verir.
Material maye və bərk komponentlərdən ibarətdir. Maye elektrolit hissəciklərini muma bənzəyən bərk cisimlər saxlayır. Normal vəziyyətdə maye cərəyanın effektiv keçməsini təmin edir, lakin element qızmağa başlayanda, qoruyucu mexanizm işə düşür: bərk komponent hissəcikləri əriyərək cərəyanın keçməsinin qarşısını alır.
Plastiklik sayəsində yeni tip elektrolit hazırkı akkumulyator batareyalarında dizayna dəyişikliklər etmədən istifadə edilə bilər. Tədqiqatçılar kəşf üçün artıq ərizə ilə müraciət ediblər. Yaxın vaxtlarda elektrolitin real şəraitdə sınaqlarına başlamaq planlaşdırılır, - "3DNews” www.3dnews.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL