waplog

Əlvida, “VAIO”!



“Sony” şirkəti “VAIO” brendi altında kompüter biznesinin satılması haqqında gəzən şayiələri təsdiqləyib. Ziyanlı bölmə “Japan Industrial Partners” (JIP) investisiya fonduna satılıb. Martın sonunadək bağlanacaq sazişin qiyməti açıqlanmır. Bu məqalədə əfsanəvi brendlə bağlı 8 kompüteri nəzərdən keçirəcəyik.
  1. VAIO (Video Audio Integrated Operation) brendinə məxsus qurğuların tarixi 1996-cı ildən başlayır. İlk öncə bu brend altında fərdi kompüter (FK), daha sonra onlara noutbuk, mediamərkəzlər və “Windows”-planşetlər istehsal edilib. Aşağıdakı şəkildə 18 il bundan əvvəl çıxarılmış və o dövr üçün yüksək məhsuldarlıqlı “PCV-90” kompüteridir. Bu model 200 MHs takt tezlikli “Pentium” prosessoru, 32 MB əməli yaddaş və 2.5 QB həcmində sərt disklə təchiz edilərək “Windows 95” əməliyyat sistemi ilə işləyib.

 
  1. Birinci “VAIO”-noutbuk 1997-ci ilin iyulunda Yaponiyada çıxarılıb. 12,1 düymlük “PCG-707” modeli 1024x768 təsvir ölçülü ekran, çıxarılıb-taxılan diskdaxiledici, modem (33,6 Kbit/s), 128 meqabaytadək əməli yaddaş və 2,1 QB sərt disklə təchiz edilib. Noutbukun avtonom iş vaxtı təxminən üç saat olub. Alıcılar lepto üçün  əlavə batareya, həmçinin “Firewire”, “USB” və “Ethernet” portlarından ibarət birləşdirici stansiya satın ala bilərdirlər.

 
  1. “PCG-U1” 2002-ci ilin aprelində çıxarılıb və o zaman “Windows XP” sistemi ilə işləyən ən kiçik və yığcam noutbuk olub. Yığcam qurğu 6,4 düymlük ekran, “Transmeta Crusoe TM5800” (867 QHs) çipi, “ATI Mobility Radeon M6” qrafikası, 128 MB əməli yaddaş və 20 QB sərt disklə təchiz edilib.

  1. 2003-cü ildə çıxarılmış “PCG-Z1/P” qurğusu 14,1 düym diaqonallı “SXGA+” təsvir ölçülü maye kristal ekranla təchiz edilib. “VAIO Z” modelində ekranın təsvir ölçüsü 1400x1050 nöqtə olub ki, bu da o dövr üçün rekord idi. Bundan başqa, tutumlu akkumulyator sayəsində noutbukun avtonom iş vaxtı 7 saat olub.

 
  1. 2006-cı ilin mayında 17 düymlük “VAIO A” modeli, “Blu-ray” daxili diskdaxiledicisi ilə təchiz edilmiş birinci noutbuk işıq üzü görüb. “VGN-AR70B” sahibləri HD məzmunu izləyə, redaktə edə və onu disklərə yaza bilərdilər. “Sony” leptopu “Full HD” (1920x1080) formatında ekranla təchiz edərək yenə rekord qırıb. Aparatın çəkisi 3,8 kiloqram olub.

 
  1. 2009-cu ildə P ultrayığcam seriyası buraxılıb. “VGN-P70H” 8 düymlük ekran (1600x786), 1.33 QHs takt tezlikli “Intel Atom” çipi, 2 QB əməli yaddaş, 60 QB həcmdə sərt disk, veb-kamera, “Wi-Fi” və “GPS” modulları ilə təchiz edilib. Həmin ilin oktyabrında buraxılmış “VAIO L” “Sony” şirkətinin sensor ekranla təchiz edilmiş birinci modeli olub.

 
 
  1. 2011-ci ildə “VAIO”-nun bahalı Z seriyasından məhsuldar noutbuku buraxılıb. Maksimal konfiqurasiya zamanı aparat 2,7 QHs takt tezlikli “Intel Core i7” (Sandy Bridge) prosessoru, 512 QB həcmində SSD daşıyıcı, 8 QB əməli yaddaş və dəqiq 13.1 düymlük “Full HD” (1920x1080) təsvir ölçülü ekranla təchiz edilib. Bu seriyadan məhsulların istehsalı 2012-ci ilin sonunda bitib.
 

 
  1. “Sony” şirkətinin “Windows 8” sistemi ilə işləyən müasir “VAIO” noutbukları aşağıdakı şəkildəki kimi görsənir. “VAIO Tap 11” modelinin qalınlığı 10,5 mm-dir. Qurğu dördüncü nəsil “Intel Core” çipi, 11,6 düymlük “Full HD” sensor ekran, 4 QB əməli yaddaş və 512 QB həcmində SSD daşıyıcı ilə təchiz edilib.
 
 

 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL