Stiv Voznyak: “Apple” dünyanı şoka sala bilər
"Wired" nəşri yazır ki, "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak yenidən şirkətə öz "Android" smartfonunu hazırlamağı tövsiyə edib.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, onun fikrincə, "iPhone" istehsalçısı "Android" platforması ilə işləyən qurğular bazarında yaxşı rəqabət apara bilər. "Biz hər iki bazarda eyni anda yaxşı nəticə göstərə bilərik" – o deyib.
Bundan əvvəl proqramçıya "Apple"ın gələcəyini necə görməsi ilə bağlı sual vermişdilər. Voznyak cavabında demişdi ki, şirkət "Android" platforması ilə işləyən smartfon hazırlasaydı, yaxşı olardı: "Bu, dünyanı şoka salardı".
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL