waplog

"Foxconn” İndoneziya dövlətinin iqtisadiyyatına 1 mlrd. dollar məbləğində sərmayə qoyacaq


Tayvanın texnologiya nəhəngi "Foxconn" şirkəti İndoneziyada öz istehsal obyektlərinin tikintisinə 1 milyard dollar ayırıb. Hazırda "Foxconn"un istehsal obyektlərinin çox hissəsi Çində yerləşir, lakin şirkətin qlobal ambisiyaları böyükdür və öz fəaliyyətini başqa regionlarda genişləndirir. "Foxconn" hazırda dünyanın ən böyük müqavilə elektronika istehsalçısıdır.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, İndoneziya hökuməti ilə imzalanmış sazişə əsasən, şirkət istehsal obyektlərini Cakarta şəhərinin yaxınlığında tikəcək. "Foxconn"un mətbuat xidmətindən verilən məlumata görə, ətraflı investisiya planı İndoneziya hakimiyyətinə üç ay ərzində təqdim ediləcək. Məlumdur ki, investisiya qoyulması layihəsi 3-5 il müddətinə nəzərdə tutulub.

Analitiklər deyirlər ki, bu addım şirkətin Çin istehsalını tərk etməsinə hesablanmış strategiyanın bir hissəsidir. Belə ki, şirkətin xərcləri və istehsalın maya dəyəri, həmçinin nəqliyyat xərcləri artır ki, bu da son məhsulun dəyərinə təsir edir. Bununla belə, "Foxconn"un əsas istehsal obyekti Çində yerləşir və orada 1 milyondan çox insan işləyir.

Qeyd edək ki, hazırda "Foxconn" şirkətinin istehsal obyektləri Vyetnam, Braziliya və Meksika daxil olmaqla 10 ölkədə işləyir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL