Kanada mühəndisləri şüşənin möhkəmliyini artıran texnologiya icad ediblər
Kanada mühəndislər qrupu şüşənin möhkəmliyini təxminən 200 dəfə artırmağa imkan verən texnologiya kəşf ediblər. Bu nəticəyə nail olmaq üçün şüşə mikroçatlaq sistemlə təchiz edilməlidir. Bu barədə “Nature” jurnalında dərc olunan məqalədə deyilir.
Tədqiqat zamanı alimlər adi şüşə üzərində lazerlər diametri bir neçə mikron təşkil edən dəlik sistemi açaraq onların içini poliuretanla doldurublar. Alimlərin sözlərinə görə, möhkəmlik adi şüşələrdə onu sındıracaq çatlaqların mikroçatlaq sistemi ilə yönəldilməsi sayəsində artır.
Tədqiqatçılar onu da qeyd edirlər ki, belə məqsədli sındırılma çatlaqların yan tərəflərinin bir-birini tutaraq sonradan şüşəyə sınmağa imkan verməməsi ilə nəticələnir. Alimlər vurğulayırlar ki, bəzi molyuskaların balıqqulaqları və heyvanların dişləri buna oxşar şəkildə qurulub. Hazırda mikroçatlaqlar şüşədə görünsə də, alimlər çatlaqların ölçüsünü azaltmağın mümkün olduğunu bildirirlər.
2013-cü ilin fevralında Yel Universitetinin fizikləri sınmaz yumşaq şüşələr yaratmağa imkan verən və materialın soyudulması mexanizminin mexaniki xüsusiyyətlərini müəyyən edən plastiklik nəzəriyyəsini kəşf ediblər, - “Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL