waplog

Azərbaycan startupları Türkiyəyə beynəlxalq tədbirdə təqdim olunacaq


Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində "Startup Turkey 2014" tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq.
 
Antalya "Rixos Hotel"də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək. Builki tədbirdə ölkəmiz  7 startapla təmsil olunacaq. Onlar "MultiBon", "Manads", "Modaha", "Nettrends", "Socset", "VitalCV" və "Loupse" layihələridir.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Manads" layihəsinin rəhbəri Vaqif Abbasov məlumat verib. O qeyd edib ki, 3 nəfərlik heyətlə Antalyaya yollanacaq "Manads" komandası məhsulun təqdimatını edəcək. Layihə çərçivəsində bu günədək görülən işlər, həmçinin onun Türkiyə və qlobal bazar üçün planları, strategiyası haqda danışılacaq.
 
 Tədbir çərçivəsində bir neçə investorun "Manads"ın komandası ilə görüşü də nəzərdə tutulub: "Manads"ın qlobal bazar çıxışı üçün ilk olaraq Türkiyəni seçməsinin bir sıra səbəbləri var.
 
Belə ki, Türkiyədə hazırda 16 milyondan çox "Android" ƏS telefon istifadəçisinin olması "Manads"ın hazırkı "CallAds" məhsulu üçün kifayət qədər geniş bazardır. Türkiyənin oturuşmuş reklam ənənəsi, reklam mədəniyyəti, digər tərəfdən yeniliklərə açıq olması "Manads"ın inkişafı baxımından böyük rol oynaya bilər. Həmçinin Türkiyədə əldə olunacaq təcrübə digər ölkələrə çıxış üçün faydalı olacaq".
 
Seymur Qasımbəyli  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL