waplog

Böyük Britaniyada simsiz enerjidoldurma ilə təchiz edilmiş elektrik avtobusları istifadəyə verilib


Londondan 72 km şimalda Milton-Kins şəhərciyində istifadəyə verilmiş avtobus marşrutunda işləyəcək elektroavtobuslar asfalta quraşdırılmış induksiya makarası ilə enerji toplayır.

“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 15 mil uzunluğunda marşrutda 8 avtobus işləyir. Enerjidoldurma stansiyaları sonda və yolun ortasındakı dayanacaqlardan birində quraşdırılıb. Bu cür stansiyalarda 10 dəqiqə kifayətdir ki, avtobus marşrut üçün lazımi enerjinin 2/3-ni toplasın.

 
Xatırladaq ki, bu cür sınaqlar Cənubi Koreya, İtaliya, Hollandiya və Almaniyada da aparılıb. Lakin Milton-Kins şəhər soveti gələcəkdə şəhərdəki bütün avtobus marşrutlarını elektrikə keçirməyi planlaşdırır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL