“DARPA” çoxdəfəli pilotsuz kosmik aparat hazırlayır
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (DARPA) çoxdəfəli istifadə üçün nəzərdə tutulan yeni hipersəsli pilotsuz kosmik aparat yaratmaq niyyətində olduğunu bəyan edib. Yaradılması “XS-1” nişanı ilə aparılacaq perspektiv aparatdan aşağı Yer orbitinə müxtəlif avadanlıqların çatdırılması üçün istifadəsi nəzərdə tutulur.
Hərbçilərin tələbinə əsasən, “XS-1” 11,5 km/saat sürətlə uçmalı və çəkisi 1,36-2,27 tonadək faydalı yükü qaldırmaq qabiliyyətinə malik olmalı, habelə bir pilotsuz aparatın buraxılışının qiyməti 5 milyon dolları ötməməlidir.
Hazırda “XS-1”-in taleyi tam müəyyənləşməyib, layihənin həyata keçirilməsi ilə bağlı potensial tərtibatçılarla məsləhətləşmələr aparılır. Aparatın hazırlanmasına başlanılsa, onun yaradılması hazırkı mövcud pilotsuz “X-37B” kosmik gəmisinin analoji sxemi üzrə hazırlanacaq. “Boeing” konserni tərəfindən ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış “X-37B” aparatı hazırda 400 gündən çoxdur orbitdə yerini tutub.
“X-37B”-in uzunluğu 8,8 metr, qanadlarının arasındakı məsafə 4,5 metr təşkil edir. Orbitdən qayıtdıqdan sonra təyyarə rejimində eniş edən pilotsuz aparatın uçuş çəkisi beş tona yaxındır. Hərbçilərin rəsmən açıqladığı məlumata görə, “X-37B”-in orbitdə qalma müddəti 270 sutkaya bərabərdir. Təsdiq olunmamış məlumatlara görə, perspektivdə belə pilotsuz aparatlardan kəşfiyyat məqsədləri və orbitə kosmik aparatların çıxarılması üçün istifadə ediləcəyi gözlənilir, - "Lenta www.lenta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL