waplog

Smartfonlar yuxusuzluğa səbəb olur


Smartfonlar yuxusuzluğa səbəb olan mühüm amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.

"Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, siz gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz" –  Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Harvard Tibb Məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. "Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir" –  Bakston deyib.

2013-cü ildə “Facebook”un sifarişilə “IDC Research” tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri tvit və “YouTube”da çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda “Wi-Fi”-sız və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya “iPhone”u başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL