waplog

“Microsoft” uçan robotların yaradılmasına 5,5 milyon dollar yatırır


“Microsoft” korporasiyasının tədqiqat bölməsi İsveçrənin iki təhsil müəssisəsi ilə uçan robotların yaradılması layihəsi daxil olmaqla bir sıra istiqamətlər üzrə elmi layihələrin həyata keçirilməsi məqsədilə saziş imzalayıb. Robotları əl hərəkətləri və toxunuşla idarə etmək mümkün olacaq.

"Robohub” resursunun məlumatına görə, proqram istehsalçısı 5 ilə ərzində Sürix ali texniki məktəbinin (ETH Zurich) və Lozanna politexnik məktəbinin (EPFL) alimləri tərəfindən elmi tədqiqat işlərinin aparılmasına 5 milyon İsveçrə frankı (5,5 milyon dollar) ayırmağa razılıq verib.

Müzakirə olunan 27 layihədən seçilən 7 layihənin həyata keçirilməsi üzərində “ETH Zurich” və “EPFL” alimləri “Microsoft Research” əməkdaşları ilə birlikdə çalışacaq.

Uçan robotların yaradılması üzrə layihəyə “Microsoft Research”in dosenti Otmar Hilliqs və doktor Şahram İzadinin cəlb edildiyi bildirilir. İlkin nəticələrə yaxın iki ildə nail olunacağı gözlənilir.  

Qeyd edək ki, “Microsoft Research” alimləri ilk dəfə deyil, belə maraqlı layihə ilə məşğul olurlar. Belə ki, bu yaxınlarda onlar insanı tələb olunan mərtəbəyə düyməni basmadan çatdıra bilən “ağıllı” liftin yaradılmasını bildiriblər. Qurğunun işi bir sıra meyarlara, o cümlədən insanın davranış və vərdişlərinə, iş qrafiki və hətta telefonda nəzərdə tutulan görüşlə bağlı edilən söhbətin eşidilməsi ilə nəticə çıxarmağa imkan verən xüsusi alqoritmdən istifadəyə əsaslanır, - "3DNews www.3dnews.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL