Azərbaycanın texnologiya istehsalçısı planşet kompüterlərin istehsalına başlayacaq
Yaxın vaxtlarda ölkədə planşet kompüterlərin istehsalına başlanılacaq. "ICTnews" elektron xəbər xidməti bildirir ki, "KÜR" kompüter texnikası istehsalı zavodu öz brendi ilə sözügedən cihazların istehsalına hazırlaşır.
Adıçəkilən şirkətin baş direktoru Rizvan Osmanov məsələ ilə bağlı danışarkən qeyd edib ki, hazırda Azərbaycanın kompüter bazarında eniş müşahidə olunur: "Bu da alıcıların prioritetlərinin dəyişməsi ilə əlaqədardır. Əhali planşet kompüterlərə daha çox üstünlük verirlər. Bu baxımdan planşet kompüterlərin istehsalı daha çox aktuallıq qazanır".
Bu sahədə dünya vendorları ilə rəqabət aparmağın onlar üçün bir qədər çətin olduğunu önə çəkən R.Osmanov bunun səbəbini Azərbaycan bazarında əlverişli qiymətə qurğuların sayının kifayət qədər olmasında görür:
"Buna baxmayaraq, "KÜR" planşet kompüterlərin reallaşdırılması üçün platforma qismində yeni internet layihə ilə çıxış edə bilər. Biz həmin layihəni yaxın gələcəkdə həyata keçirməyi düşünürük".
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL