waplog

“Nokia” şirkəti “Android” əsasında smartfonu fevralda təqdim edəcək


“Nokia” şirkəti “Android” əsasında smartfonu fevralda təqdim edəcək. Standart “Android”dən fərqli olaraq, “Nokia”da fərdi əlavələr və dükan tətbiq ediləcək.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, “Android” əməliyyat sistemi əsasında işləyən “Nokia” smartfonu artıq bu ay təqdim edilə bilər.

“Nokia” şirkəti “Android” əsasında smartfon üzərində “Microsoft” onun  mobil biznesini aldıqdan öncə başlayıb. “Microsoft”la birləşmə hələ başa çatmadığına görə, şirkət “Android” smartfonunun istehsalını davam edərək onunla bazara çıxmaq qərarına gəlib.

Fin şirkətinin telefonları tərkibinə görə standart “Android”dən seçiləcək, onların “Google Play” dükanına və  “Google”un öncədən quraşdırılmış əlavələrinə çıxışı olmayacaq. Onları “Nokia” və “Microsoft” servisləri əvəz edəcək.

Smartfon 4 düymlük kamera ilə təchiz ediləcək, iki sim-kart və microSD dəstəkləyəcək.
 Smartfonda 3 meqapiksellik kamera quraşdırılacaq. Ehtimal edilir ki, telefon inkişafda olan və auditoriyası “Nokia Lumia” alıcılarından daha aşağı ödəniş potensialına malik olan bazarlar üçün nəzərdə tutulub.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL