Gəncədə “MilliÖN”-ün ilk regional ofisi açılıb
“Komtec” şirkəti (“MilliÖN” ticarət nişanı) xidmət keyfiyyətini yaxşılaşdırmaq, filialların sayını artırmaq məqsədi ilə Gəncədə ilk regional ofisini istifadəyə verib.
Gəncə şəhərində Atatürk pr. 251 A. ünvanında yerləşən yeni ofisdə müştərinin rahat olması üçün bütün şərait yaradılıb. Gəncə sakinləri “MilliÖN-ün” təklif etdiyi bütün xidmətlərdən - kommunal xidmətlərin ödənilməsi, mobil və stasionar rabitə, internet və kabel TV, aparıcı bankların və qeyri-bank kredit təşkilatlarının kreditlərinin ödənilməsi və s. istifadə edə bilərlər.
Yeni ofisdə xidmət "bir pəncərə" sisteminə uyğun olaraq həyata keçirilir. Bu da müştərilərə tez bir zamanda lazımi əməliyyatları həyata keçirmək üçün imkan verir.
“MilliÖN” “Komtec LTD” MMC-nin ticarət nişanı sayılır. Şəbəkənin əsas məqsədi dərhal, rahat və yüksək keyfiyyətli ictimai xidmətlərin platformasının yaradılmasıdır.
“MilliÖN” vasitəsilə vətəndaşlar mobil və sabit telefon şəbəkəsi üzrə, kommunal ödənişlər, internet və kabel TV və bank xidmətlərinin ödənişlərinin ödəyə bilərlər.
Hal-hazırda “MilliÖN” şəbəkəsində 75-dən yuxarı kütləvi xidmətlərin ödənişləri mümkündür. “MilliÖN” ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakı şəhərinin dəmiryol stansiyalarında və digər Azərbaycan şəhərlərində yerləşir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL