Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da “Bakcell” abunəçiləri üçün xoş sürpriz etdi.
Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov “Bakcell” şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırdılar. Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müraciətlərinə baxılması prosesi ilə tanış oldular, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınadılar və bir neçə zəngi cavablandırdılar.
“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var, ona görə vaxtın necə keçdiyini hiss etmirsən”,- deyə millimizin oyunçusu Mahir Şükürov bildirib.
Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə “Bakcell” Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyəti olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.
Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə etdilər.
Qeyd edək ki, “Bakcell” şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL