waplog

2014-cü ildə "ağıllı" qolbaqların tədarük həcmi 17 milyon olacaq


“Canalys” analitik şirkətinin hesabatına əsasən, 2014-cü ildə "ağıllı" qolbaqların dünya bazarına tədarük həcmi 17 milyonadək artacaq.

Onların 8 milyonu “Samsung Galaxy Gear”, “Pebble” kimi ekranla təchiz edilmiş qolbaqlar olacaq. 9 milyonunu isə “Fitbit”, “Jawbone”, “Nike” və başqa şirkətlərin “sadə” qolbaqları təşkil edəcək. “Canalys” şirkətinin proqnozuna əsasən, 2017-ci ilədək "ağıllı" qolbaqların ümumi tədarük həcmi 45 milyonadək artacaq.

“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, analitik şirkətin məlumatına görə, "ağıllı" qolbaq istifadəçiləri daha çox sağlamlıq monitorinqi funksiyasına üstünlük verirlər. Müasir "ağıllı" saatlar hələ ki bu funksiyanı təmin edən ötürücüdən məhrumdurlar, lakin “Canalys” analitikləri hesab edirlər ki, artıq bu yaxınlarda istehsalçılar onları öz qurğularına quraşdıracaqlar. "Qolbaq bazarı səhiyyə sahəsi ilə  sıx bağlıdır – “Canalys”in analitiki Daniel Matt hesab edir.

2013-cü ilin ikinci yarısının yekununa görə, “Fitbit” şirkəti "sadə" qolbaqlar seqmentinin lideri olub. Şirkətin bazar payı 58% olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL