RİTN-də futbol üzrə Dünya çempionatının telekommunikasiya və İT xidmətləri ilə təminatı müzakirə olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasovun rəhbərliyi ilə 22 sentyabr-13 oktyabr 2014-ci il tarixlərində Bakı və Lənkəran şəhərlərində keçiriləcək 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə Dünya çempionatının final mərhələsinin telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin, həmçinin radio-televiziya verilişlərinin yayımının dayanıqlı işinin təmin olunması istiqamətində görülən işlərlə bağlı iclas keçirilib.
İclasda çempionat keçiriləcək T.Bəhramov, "Şəfa", "Dalğa", "8-ci KM", Bayıl və Lənkəran stadionlarında, eləcə də AFFA və FİFA-nın baş ofislərində və çempionatla əlaqədar olan mərkəzlərdə müasir standartlara cavab verən telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin təşkili barədə məlumat verilib.
Çempionatın final mərhələsinin keçirilməsinə tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinə, həmçinin radio-televiziya yayımına olan tələblərin bir daha dəqiqləşdirilməsi zəruri hesab edilib.
Çempionat keçiriləcək müddətdə stadionlar və digər zəruri ofis və mərkəzlərdə stasionar və mobil (o cümlədən 3 və 4G) telefon, simli və simsiz internet, İSDN xidmətlərinin təşkili üçün ən müasir avadanlıqların istifadəsi barədə aidiyyəti üzrə tapşırıq verilib. Çempionatın keçiriləcəyi dövrdə mehmanxanalarda, hava limanında və digər zəruri obyektlərdə keyfiyyətli internet xidmətlərinin təmin edilməsinin vacibliyi qeyd edilib.
Sonda nazirlikdə yaradılmış "Qəraragah"ın fəaliyyətinin gücləndirilməsi, çempionatın keçirliməsinə qalmış vaxtdan səmərəli istifadə olunaraq nəzərə tutulan tədbirlərin icrası, həmçinin qarşıya çıxan problemlər barədə mütəmadi məruzələr edilməsi ilə bağlı "Qərargah"a, birlik və müəssisələrin rəhbərlərinə, həmçinin özəl operatorlara müvafiq tapşırıqlar verilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL