Komitə sədri Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlərdən danışıb
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə əlaqədar bir sıra qanunvericilik və institusional təşəbbüslər hazırlayıb, vahid elektron kartoqrafik əsas, zəruri standartlar və geoportalların hazırlanmasında, yeni nəsil geoxidmətlərin təqdim olunmasında önəmli addımlar atıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikri DTXK-da 2013-cü ilin yekunlarına dair keçirilən kollegiya iclasında komitənin sədri Qərib Məmmədov deyib.
Komitə sədri bildirib ki, Milli Məkan Məlumatları İnfrastrukturu - vətəndaşların, təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə orqanlarının məkan məlumatlarının ehtiyatlarına əlçatanlığını, həmçinin məlumatların istehsalı və istifadəsinin səmərəliliyinin artırılması məqsədilə onların ümumistifadəli qlobal informasiya şəbəkəsində yayımını və mübadiləsini təmin edən informasiya-telekommunikasiya sistemidir.
"Məlumdur ki, torpaq inzibatçılığı dedikdə torpaq və onunla əlaqəli ehtiyatların mülkiyyət hüququ, qiymətləndirilməsi və istifadəsi haqqında informasiyanın qeydiyyatı və yayılması prosesləri başa düşülür. Komitənin başlıca hədəflərindən biri kimi 2020-ci ilədək Azərbaycanda mükəmməl torpaq inzibatçılığı sisteminin formalaşdırılmasıdır", – deyə Q.Məmmədov qeyd edib.
O, həmçinin bildirib ki, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətə uyğun olaraq Komitə Aparatının və tabelikdə olan qurumların strukturlarına yenidən baxılıb və müasir tələblərə cavab verən struktur vahidləri formalaşdırılıb. Komitənin Aparatında Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsi yaradılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL