Nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər açıqlanacaq
Yaxın zamanlarda nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı hazırlanan təkliflər paketi açıqlanacaq. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahir Məmmədxanov məlumat verib. Onun sözlərinə görə, nazirlik sözügedən təklifləri Mərkəzi Bankla birlikdə hazırlayıb:
“Ötən il bizə nağdsız ödənişlərin spektrinin genişləndirilməsi baxımından təkliflər vermək tapşırılmışdı. Biz də il ərzində Mərkəzi Bankla birlikdə bu məsələləri işlədik”.
Nağdsız hesablaşmaların aparılması ilə bağlı hazırlanan təkliflərin hökumətə təqdim olunduğunu qeyd edən S.Məmmədxanov əlavə edib ki, paketlərdə vergi güzəştləri və digər güzəştlər də nəzərdə tutulub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL