waplog

“LG” şirkəti “G Pro 2” smartfonunu tanıdıb


“LG Electronics” şirkəti “G Pro 2” qabaqcıl smartfonunu rəsmən təqdim edib. İstehsalçının saytında yazılıb ki, qurğu “Android 4.4 KitKat” əməliyyat sistemində işləyir.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “LG”-nin yeni aparatı “Qualcomm Snapdragon 800” dördnüvəli prosessoru, 1920x1080 təsvir ölçülü 5,9 düymlük “Full HD IPS” ekran, 13 meqapiksellik əsas və 2,1 meqapiksellik ön kamera ilə təchiz edilib.

“G Pro 2”, həmçinin 3 QB əməli yaddaş və 3200 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Smartfonun çəkisi 172 qr-dır.

“G Pro 2” smartfonunun çıxarılma tarixi hələ ki bilinmir. Qurğu gələn həftə “Mobile World Congress” forumu çərçivəsində nümayiş etdiriləcək.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL