waplog

2013-cü ildə dünyada 1,9 milyon smart saat satılıb


“Strategy Analytics” analitik şirkətinin hesabatına əsasən, 2013-cü ildə smart saatların ümumi satış həcmi 1,9 milyon təşkil edib ki, onların da 61 faizi “Google Android” ilə işləyir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən bazarda aktiv və əsas “oyunçu” Koreyanın “Samsung Electronics” şirkətidir. Şirkətin “Galaxy Gear” qurğusu hazırda Cənubi Koreya, ABŞ və Böyük Britaniya bazarlarında fəal təşəkkül tapır.

“Strategy Analytics”dən bildirilib ki, bazarda 1,9 milyon smart saat satılması fonunda 2013-cü ildə 227 milyon planşet və 990 milyon smartfon satılıb.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL