waplog

“Microsoft” Cənubi Koreyada məlumat emalı mərkəzi inşa edəcək


“Microsoft” korporasiyası Cənubi Koreyada 9 milyard dollar dəyərində məlumat emalı mərkəzinin inşası ilə bağlı planlarını açıqlayıb. Bu, beynəlxalq texnoloji korporasiyanın tarixində ən irihəcmli investisiya olacaq.

 

Hazırda layihə işlənmə mərhələsində olduğundan gələcək tikili barədə ətraflı məlumat verilmir. Yeni mərkəz üçün 300 min м2 ərazinin ayrılması nəzərdə tutulur. Bundan başqa, layihəyə yatırılacaq investisiyaların həcmi dəqiq məlum olmasa da, “Microsoft” tikintiyə 10 trilyon Cənubi Koreya vonu (təxminən 9 milyard dollar) qoymaq niyyətində olduğunu bildirib. Layihənin miqyası və maliyyələşmə həcmi nəzərə alınmaqla ABŞ korporasiyasının yeni məlumat emalı mərkəzinin Asiya regionunda ən iri mərkəz olacağı güman edilir. Nəzərdə tutulur ki, yeni tikili ehtiyat mərkəz olmaqla hesablama prosessorlarının fasiləsiz işini və informasiyanın Asiya və digər regionlardan daimi daxil olmasını təmin edəcək.

 

Ekspertlərin proqnozlarına görə, gələcək mərkəz qabaritinə görə “Google” şirkətinin inşasını Tayvanda planlaşdırdığı məlumat emalı mərkəzini iki dəfə ötəcək.

 

Tikinti işlərinə “Microsoft”un yerli bölməsi nəzarət edəcək. Korporasiyanın nümayəndə heyəti artıq Cənubi Koreyaya səfər edərək Pusan liman şəhəri yaxınlığında məlumat emalı mərkəzinin inşası üçün yerlərlə tanış olub.

 

Bildirilir ki, “Microsoft” mərkəzin yerləşməsi üçün Cənubi Koreyanı burada yüksəkixtisaslı mütəxəssislərin, ucuz elektrik enerjisinin və yaxın regionlarla müqayisədə təbii kataklizmlərin az olmasına görə seçib, - "CNews” yazır.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL