waplog

Verilənlərin əbədi saxlanacağı sapfir disklərin kütləvi istehsalına başlanacaq


Ukrayna Milli Elmlər Akademiyasının İnformasiyanın Qeydiyyatı Problemləri İnstitutu və Monokristallar İnstitutunun alimləri informasiyanın 10 minlərlə il ərzində saxlanması mümkün olan sapfir optik disk hazırlayıblar.

Yaxın gələcəkdə bu disklərin kütləvi istehsalı planlaşdırılır. “newsru.com” saytının məlumatına görə, bu haqda akademik Vyaçeslav Petrov bildirib.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, alimin sözlərinə görə, sapfir disklər öz xüsusiyyətlərinə görə (yüksək ərimə temperaturu (2000 C-dən yüksək), rəqabətdə yalnız almaza güzəştə gedən möhkəmlik, yüksək davamlılıq) informasiyanın uzun müddət saxlanılması üçün ideal vasitədir. Diskin diametri 80 mm, yazılma sıxlığı standart CD-ROM diskinə müvafiqdir, 210 Mbayt həcmində informasiyanı saxlaya bilir. V.Petrov texnologiyanın dünyada analoqunun olmadığını bildirib: “Yaxın vaxtlarda informasiyanın sapfir optik disklərdə uzun müddət saxlanması üsulu xaricdə patentləşdiriləcək. Artıq disklər hazırlanma mərhələsindədir və yaxın vaxtlarda ölkədə onların kütləvi istehsalına başlanacaq”.

İnformasiyanın sapfir disklərdə saxlanma müddətinə gəlincə, alim “Bu müddət ömürlükdür. Konkret olaraq isə 10 minlərlə il” - deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL