Çin alimləri su ilə işləyən printer yaradıblar
Szilin Universitetinin kimyaçılar qrupu bu günlərdə su ilə işləyən printer yaratmaqla diqqəti özünə cəlb edib. Qrup rəhbəri professor Çjan Syaoanın sözlərinə görə, yeni qurğu adi printer kimi kağız üzərində çap edir, lakin burada mürəkkəbin əvəzinə sudan istifadə olunur.
Onun sözlərinə görə, yeni texnologiyanın köməyi ilə dərc edilmiş mətn kağız üzərində 22 saatadək qala bilər və mətn yoxa çıxdıqdan sonra kağızdan təkrar istifadə etmək olar. İstifadəçi dərc etdiyi mətni uzun müddətə saxlamaq istəsə, yeni printer adi mürəkkəbə keçməklə çap işini davam etdirə bilər.
Ç.Syaoan daha sonra qeyd edib ki, yeni qurğunun başlıca fərqləndirici cəhəti sınaqlar zamanı istehlakçıların asanlıqla əldə edə biləcəyi adi kağız tipindən istifadə edilən kağızdadır. Bunun sirri ondan ibarətdir ki, kağız suyun təsiri ilə görünməyə başlayan xüsusi görünməyən rənglə emal edilib. Bu rəng vaxt ötdükcə yavaş-yavaş yox olur və ətraf mühitdə temperatur nə qədər yüksək olsa, bir o qədər tez itir.
Bunun sayəsində su ilə işləyən printer kağız vərəqələrindən dəfələrlə istifadə etməyə imkan verməklə dövlət müəssisələrinin və şirkətlərin kağıza sərf etdikləri xərcləri azaldır. “Bizim hesablamalarımıza görə, su ilə işləyən printer üçün xüsusi emal edilmiş kağız adi kağızın istehsal maya dəyərini yalnız 5 faiz artırır, lakin təkrar istifadə xüsusiyyətləri nəzərə alınmaqla o, iqtisadi baxımdan sərfəli olur”, - Ç.Syaoan vurğulayıb.
Onun sözlərinə görə, bu texnologiya vəsaitlərə qənaət etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsinə kömək etməsi ilə daha böyük əhəmiyyət kəsb edir. Belə ki, "Ecology Global Network" saytının rəsmi məlumatlarına görə, dünyada 4 milyard kəsilmiş ağac və ya kəsilmiş ağacların ümumi sayının 35 faizi kağız sənayesində istifadə edilib. Su isə əksinə, bərpa olunan resursdur və ondan istifadə ətraf mühit üçün təhlükə törətmir.
Alim onu da əlavə edib ki, heyvanlar üzərində keçirilmiş zəhərlilik sınaqları sübut edib ki, emal edilən kağız sağlamlıq üçün təhlükəsizdir, - “Cybersecurity www.cybersecurity.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL