waplog

Azərbaycan “Mobile World Congress-2014” beynəlxalq elektronika sərgisində təmsil olunacaq


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti ölkəni “Mobile World Congress-2014 sərgisində təmsil edəcək.

“Bakcell”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, fevralın 24-27-də Barselonada (İspaniya) keçiriləcək tədbirdə Azərbaycan mobil rabitə operatorunun rəhbərliyi iştirak edəcək.

Sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “Gear” smart saatları və digər qurğularla yanaşı, “Android” əməliyyat sistemi ilə rəqabət aparan “Tizen” ƏS-i də nümayiş etdirəcəyi gözlənilir. 


“Nokia”dan isə sərgi iştirakçıları əsasən “Lumia 1020” və “1520” modellərinin xələfini – “Lumia 1820”-ni gözləyirlər. Smartfonun displeyi yetərli qədər iri ölçüdə - 5,2 düymdür, "Qualcomm” (Snapdragon 850) yüksək məhsuldarlı çip ilə təchiz edilib, 3 giqabayt gücündə əməli yaddaşa malikdir və 32 Gb-a qədər yaddaş həcmi ilə xarici yaddaş kartını dəstəkləyir. 

Şirkət, həmçinin “Normandy” (və ya Nokia X) “Android”-smarfonunu da təqdim edəcək. Qurğu 2 SİM-kartı, ikinüvəli çipi, (1Ghz), 512 Mb əməli yaddaş, 4 Gb həcmində fləş, “microSD” kartını, “Bluetooth 4.0”, “Wi-Fi” və “GPS” modullarını dəstəkləyir. Qurğunun qiymətinin təxminən 110 dollar məbləğində olacağı deyilir. 

Sərgidə, həmçinin “HTC”, “Sony”, “LG”, “BlackBerry”, “Huawei”, “Google” və “Oppo” şirkətləri də smartfon, planşet kimi innovativ məhsullarını təqdim edəcəklər. Bundan əlavə, “Blackphone” – təqibdən mühafizə edilmiş “kriptosmartfon”unun da nümayişi gözlənilir. 

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL