waplog

Nyu-York küçələrində elektron tablo: “XOCALI... Azərbaycana qarşı bəşər faciəsi”


ABŞ-da fəaliyyət göstərən Azərbaycan -  Amerika Alyansı (AAA) Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verib. Bu barədə Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI... Azərbaycana qarşı bəşər faciəsi” başlığı altında yüzlərlə məlumatlar Vaşinqton və Nyu-York şəhərlərinin metro stansiyalarına, avtobus dayanacaqlarına, meydanlara yerləşdirilir. Mobil proyeksiya vasitəsilə Xocalı soyqırımı haqda məlumatlar mərkəzi küçələrdə yerləşən binaların divarları üzərində elektron tablolarda əks olunur.
 
Anar Məmmədov bildirib ki, ictimai maarifləndirmə kampaniyası bir neçə həftə ərzində davam edəcək.
 
Ənənəvi mətbuat vasitələri olaraq, qəzetlərdə məqalə və redaktə qeydləri yer aldığı halda “Facebook”, “Twitter” və “YouTube” kimi sosial şəbəkələrdə də yazılar dərc olunacaq və müzakirələr aparılacaqdır. Aksiyanın gedişatı, video- və fotohesabatlar, məqalə, redaktə qeydləri, hadisələrə dair məlumat və kampaniyanın sosial şəbəkə komponentlərinə keçidlərini Azərbaycan - Amerika Alyansının aşağıdakı internet səhifəsindən əldə etmək olar: “www.azerbaijanamericaalliance.org”.

Qeyd edək ki, Azərbaycan - Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-kommersiya təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir. Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL