“Samsung” dəyişiklik edəcək
"Samsung" şirkəti tərəfindən buraxılan "Galaxy Gear" smart saatının növbəti nəsli "Tizen" əməliyyat sistemi ilə işləyəcək. Bu haqda Koreya şirkətinin planları ilə tanış anonim mənbələrə istinadən "USA Today" yazıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Tizen" platforması ilə işləyən saat fevralın 24-də Barselonada start götürəcək "Mobile World Congress" sərgisində nümayiş etdiriləcək.
Qurğuda "HTML5" ilə işləyən tətbiqləri icra etmək mümkün olacaq. Saatın texniki xüsusiyyətləri açıqlanmır.
2013-cü ilin sentyabrında təqdim edilmiş "Galaxy Gear" cihazlarının birinci nəsli "Android" platformasından istifadə edir. "Samsung" qurğularına "Google" xidmətlərini tətbiq etməmək üçün əməliyyat sistemini dəyişməyə qərar verib.
"Tizen" platforması "Linux" nüvəsi əsasında hazırlanıb. Platforma "Linux Foundation" təşkilatının dəstəyi ilə "Samsung" və "Intel" şirkətləri tərəfindən işlənib hazırlanır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL