waplog

2018-ci ilədək Aİ-də mobil əlavələr bazarının həcmi 3 dəfə artaraq 18 milyard avroya çatacaq


2018-ci ilədək Avropa İttifaqında (Aİ) mobil əlavələr bazarının həcmi 3 dəfə artaraq 18,7 milyard avroya çatacaq, halbuki 2013-cü ildə bu göstərici 6,1 milyard avroya bərabər olub. Bu barədə Avropa Komissiyasının hesabatında deyilir.

Avropa Komissiyasının hesabatına əsasən, hazırda Aİ ölkələrində mobil əlavələrin hazırlanması ilə 1 milyona yaxın insan məşğul olur, daha 800 min nəfər əlavələrin dəstəklənməsinin satışı sahəsində çalışır. 2018-ci ilədək bu sahədə çalışanların sayı 2,7 milyon tərtibatçıyadək və 2,1 milyon əlavələrin satışı və dəstəklənməsi işçi heyətinədək artacaq.

Proqnoza görə, 2018-ci ilədək Aİ ölkələrində əlavələrdən istifadə etməklə reklam, alış və digər tranzaksiyalardan əldə olunan illik gəlirin həcmi 63 milyard avroya çatacaq.

Komissiyanın hesabatında həmçinin əlavələrin hazırlanması sektoru üçün ixtisaslı kadrlarda problemin olması qeyd edilir. Komissiya tərəfindən rəyi soruşulan mütəxəssislər bu vəziyyətin yaranmasını bir neçə səbəblə izah ediblər. Rəyi soruşulanların təxminən 38 faizi bildirib ki, ABŞ şirkətlərinin tərtibatçılara təklif etdiyi əməkhaqqı ilə rəqabət aparmaq çətindir ki, bu da mütəxəssis axınına səbəb olur. 33 faiz Avropa proqramçılarının keyfiyyətli əlavələrin hazırlanması üçün xüsusi biliklərinin yetərli olmamasını, daha 28 faiz Aİ-də sadəcə tərtibatçıların sayının az olmasını qeyd edib, - "Digit www.digit.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL