waplog

“NASA” peyklərin təmiri və yanacaqla doldurulması üçün robotlar yaradacaq



ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) peyklərin orbitdə avtomatik yanacaqla doldurulması üçün nəzərdə tutulan “PROxiTT” robotlaşdırılmış sistemin sınaqlarına başlayıb. Mərkəzin məlumatına görə, sistemin ilk sınaqları fevralın əvvəlində laboratoriya şəraitində keçirilib və peykin yanacaqla doldurulmasının imitasiyası üçün öz-özünə alışan yanacaqdan (hypergolic propellant) oksidləşdiricidən istifadə edilib.

“NASA”-nın məlumatına görə, “PROxiTT” sistemi hazırda distansiyadan idarə olunan aparat deyil və perspektivdə peyklərə xidmət üçün robot şəklində birləşdirilməsi mümkün olan texnologiyalar toplusudur. Hazırda üç əsas sistem sınaqdan keçirilir: yanacağın verilməsi sistemi (PTS), elastik yanacaq şlanqı (FFH) və oksidləşdiricinin ötürülməsi sistemi (ONT).

Yanacağın verilməsi sistemi yüksək sürətlə və böyük təzyiqlə oksidləşdirici və yanacağın həm “PTS”-də, həm də peykin yanacaq çənlərində köpüklərsiz ötürülməsini təmin edir. Sistemə məsafədən idarə edilən və yüksək təzyiq altında oksidləşdiricinin təsirinə davam gətirə bilən elastik yanacaq şlanqı qoşulur. “ONT” peykin yanacaq sisteminə qoşulmasını və klapanların idarə olunmasını təmin edir.   

Sistemlərin sınağı eyni vaxtda “Goddard” Kosmik Uçuşlar Mərkəzində və Con Kennedi Kosmik Mərkəzində keçirilir. Yanacaq və oksidləşdiricinin doldurulması kosmosda həyata keçiriləcək eyni sürət və təzyiqdə edilir. “NASA”-nın məlumatına əsasən, mövcud sistemlər hətta əvvəlcədən bu məqsədlər üçün layihələşdirilməyən peykləri yanacaqla doldurmağa imkan verəcək.  

Avadanlığın idarə olunması üçün “Goddard” və Merilendə xüsusi proqram və coystiklə təchiz edilən kompüterdən istifadə edilir. İdarəetmə sistemləri isə Floridada idarəetmə məntəqəsinin təxminən 1,2 kilometrliyində peyklər üçün təhlükəli faydalı yüklər müəssisəsində yerləşir, -  “Lenta www.lenta.ru” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL