waplog

“Nar Mobile”-dan Novruz kampaniyası


Bayram günlərində abunəçilər mobil operatordan bonus dəqiqələr alacaqlar 
 
 “Nar Mobile” qarşıdan gələn Novruz Bayramında bütün abunəçilərini sevindirəcək. Hər zaman abunəçilərinin ovqatını yüksəltməyə çalışan mobil operator bayram günlərində onlara bonus dəqiqələr hədiyyə etmək niyyətindədir. Belə ki, “Nar Mobile” abunəçilərinin fevral ayında şəbəkədaxili və şəbəkəxarici zənglər üçün sərf etdikləri vəsaitin 10%-i onların mart ayındakı şəbəkədaxili və şəbəkəxarici zənglər üçün nəzərdə tutulmuş balanslarına geri qaytarılacaq. 
 
Martın 1-dən etibarən abunəçilər əlavə edilmiş dəqiqələri öz balanslarında görə biləcəklər, lakin bonus dəqiqələrdən sadəcə 20 mart - 27 mart 2014-cü il tarixləri arasında istifadə etmək mümkün olacaqdır. 
 
Bonus dəqiqələr hər bir abunəçinin fevral ayında sərf etdiyi danışıq dəqiqələri əsasında hesablanaraq bütün tariflərin istifadəçilərinə şamil ediləcək. Qeyd edək ki, öncədən ödənişli tarif planına qoşulmuş istifadəçilər Novruz kampaniyasının təmin etdiyi fürsətlərdən avtomatik istifadə edə biləcəklər.  
 
 
RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL