waplog

Azərbaycanın 3 dövlət qurumu Brüsseldə rəqəmli texnologiyanı təqdim edəcək


Bu gün Belçika Krallığının Brüssel şəhərində Vergilər, Rabitə  və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət, sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “İnnovasiya və mobil imza – Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi” mövzusunda konfrans keçiriləcək.
 
Avropa Parlamentinin (AP) binasında baş tutacaq konfransda AP üzvlərinin, Azərbaycan və Estoniya hökumətinin, biznes nümayəndələrinin, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
 
 
Azərbaycan  və Estoniya arasında “elektron hökumət” və rəqəmli imza sahəsində həyata  keçirilən layihələr çərçivəsində uğurlu əməkdaşlığın davamı olaraq bu konfransın məqsədi ölkələr arasında sərhədsiz rəqəmli inteqrasiyaya nail olmaq, sərhəd böyü biznes imkanları yaradan yeni sərhədsiz xidmətlərin işlənib hazırlanmasıdır. Hər iki ölkədə “ASAN imza” və sərhədsiz sistem istiqamətində fəaliyyəti həyata keçirilən layihələr ictimai rəqəmli xidmətlərin yaradılmasına təkan verəcək. Bu da mövcud şirkətlərin öz ölkələri ilə paralel Azərbaycan və Estoniya ilə həmsərhəd rayonlarda fəaliyyətin uğurla davam etməsində, yeni şirkətlərin açılmasında, vahid məlumatların əldə olunmasında aparıcı rol oynayacaq.
 
Qeyd edək ki, konfransda sözügedən dövlət agentliyinin rəhbəri İnam Kərimov “ASAN xidmət”in prezentasiyasını həyata keçirəcək. Bundan başqa, Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmli imza vasitəsilə əməliyyatlarını icra edən proqram təminatının işini nümayiş etdirəcəklər.
 
 
Mobil “ASAN imza” stolüstü, portativ kompüterlər və planşetlərdə istifadə etmək üçün nəzərdə tutulub. E-imzadan istifadə etmək üçün mobil telefonun abonent nömrəsindən istifadə olunur. Həmin nömrəyə Pin-kodun iki versiyası daxil edilir. Onlardan birincisi, autentifikasiyanın təsdiqi, ikincisi isə sənədin imzalanması üçün istifadə olunur. Əməliyyat başa çatdıqdan sonra abonentin mobil nömrəsinə əməliyyatın keçirilməsini təsdiq edən məlumat daxil olur.
 
 “ASAN imza” Avropa İttifaqının (Aİ) bütün direktivlərinə riayət etdiyi üçün Avropa ölkələri tərəfindən tanınması asanlaşacaq.
 
Xatırladaq ki, “ASAN” sertifikasiya xidmətləri mərkəzi mobil SİM-kartlar (“ASAN imza”) üçün autentifikasiya və rəqəmsal imzalamaq üçün sertifikatlar təqdim edir. Bundan başqa dövlət strukturları, özəl sektor və vətəndaşların hüquqi baxımdan icbari olan rəqəmsal imzalardan, sertifikatlardan istifadə etməsini təmin edən digər xidmətləri də təqdim edir.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL