waplog

“AzScienceNet” şəbəkəsi genişləndirilir


Ölkəmizdə elektron elm siyasətinin bərqərar olması, dünyanın elmi şəbəkə qurumlarına inteqrasiya proseslərinin təşkili istiqamətində mərhələli şəkildə kompleks tədbirlər həyata keçirilir. Bu barədə məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev “AzScienceNet” şəbəkəsinin e-elmin perspektivli inkişafındakı rolundan danışaraq şəbəkənin fəaliyyətinin modern səviyyədə təşkilinin vacibliyini qeyd edib.
Azərbaycan elminin innovativ inkişafının təmin edilməsində şəbəkənin mühüm əhəmiyyətə malik olduğunu deyən R.Əliquliyev bildirib ki, e-elmin əsas məqsədi elmin müasir tələblərə uyğun inkişaf etdirilməsi, elmi idarəçiliyin təkmilləşdirilməsi, respublikanın elmi qurumlarında İKT-nin geniş tətbiq edilməsi, vahid milli elmi informasiya fəzasının formalaşdırılması, elmi-tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, bütün elm sahələrinin dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elm məkanına inteqrasiyasına nail olmaqdır.
Qeyd edək ki, “AzScienceNet” elm kompyuter şəbəkəsinin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ümumakademiya elmi-praktik seminarı keçiriləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL