“Dilmanc” tərcüməçinin yeni versiyası istifadəçilərin ixtiyarına verilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Dilmanc” layihəsi çərçivəsində hazırlanan tərcümə sisteminin yeni versiyası istifadəyə verilib. “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu versiyaya mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib.
Mətnin avtomatik tərcüməsi mətnləri Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə, daha keyfiyyətlə tərcümə etməyə imkan verir.
Tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsi, nitq hissələri, sinonimləri və s. informasiyaya baxmaq, eləcə də “Nümunələr” düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək mümkündür.
Tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, istifadəçilər “Səsləndir” düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asa bilərlər.
İstifadəçilər “Android” əsasında işləyən telefon və planşetlərə “Dilmanc Mobile Translator” proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə edə bilərlər. Bu proqram istifadəçilər arasında böyük populyarlıq qazanaraq, “Google Play Store”-da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənilib.
Qeyd edək ki, proqramın yeni versiyası “dilmanc.az” saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu, həmçinin bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından əlverişlidir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL