waplog

Dünyanın ən nazik smartfonu təqdim edilib


Çinin “Gionee” şirkəti “Elife S5.5” smartfonunu təqdim edib və onu dünyanın ən nazik telefonu adlandırıb. Bundan əvvəl 5,75 millimetr qalınlığa malik “Vivo X3” bu titula sahib idi, lakin “Gionee” şirkətinin yeni aparatının qalınlığı 5,5 mm-dir. Çin alıcıları artıq aparatın “3G” versiyasına ilkin sifariş verə bilərlər, onun qiyməti təxminən 370 dollar təşkil edəcək.


“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Elife S5.5” smartfonu naməlum təsvir ölçülü 5 düymlük ekran, 1,7 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera, 2300 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
Çin şirkətindən bildirilib ki, aparat 40 ölkədə satışa çıxarılacaq.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL