Daşınmaz əmlak haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatı keçirilib
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz əmlaklar haqqında Milli Məkan Məlumat Bazasının ictimai təqdimatını keçirib.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirin əsas məqsədi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi üçün yaratdığı vahid və etibarlı informasiya bazasını təqdim etmək idi.
Eyni zamanda tədbirdə əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakların bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində həyata keçirilən işlər haqda məlumat verilib. Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrı “3D” formatında nümayiş etdirilib. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakların kadastrının məlumat bazasının, Milli Qeydiyyat Sisteminin, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olub.
Komitə tərəfindən ilk növbədə ölkədə əmlak sahiblərinin, vətəndaşların və biznes qurumlarının əmlak hüquqlarının etibarlı qorunması, qeydiyyat-kadastr sisteminin modernləşdirilməsi, əmlakdan istifadə imkanlarının genişləndirilməsi istiqamətlərində əlverişli şərait yaradılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması məqsədi ilə elektron xidmətlərin göstərilməsi yolu ilə bilavasitə vətəndaş-məmur münasibətlərinin azaldılması və modern xidmətlərin tətbiqi üçün lazımi infrastruktur yaradıb.
Komitə sədri qeyd edib ki, müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Daşınmaz əmlaklar haqqında vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edir. Bu vahid informasiya bazası ilk növbədə tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən olmalıdır. Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır. Bununla bağlı komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaradır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları İnfrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanlarının, bələdiyyələrin, vətəndaşların, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir.
Bakının daşınmaz əmlak üzrə elektron kadastrı 2015-ci ilin sonuna tərtib ediləcək
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini həyata keçirir.
Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihə Almaniyanın maliyyə dəstəyi ilə reallaşdırılır.
“Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlak haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 2 milyon hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq”,- deyə komitədən bildiriblər.
Bununla yanaşı, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində komitə tərəfindən işlər görülür. Yaxın zamanda sistemin tətbiqinə başlanılacaq. Hazırda respublikada ünvanvermə işləri yeni qaydalara əsasən aparılır. Komitə tərəfindən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb. Gəncədə də bu işlərə artıq başlanılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL