waplog

Britaniya alimləri görmə sistemini 30 faiz yaxşılaşdıran kompüter proqramı hazırlayıblar


“BBC” saytının yaydığı məlumata əsasən, Britaniyadan olan alimlər qrupunun hazırladığı kompüter proqramı görmə sistemini 30 faiz yaxşılaşdırmağa kömək edir.

"Araşdırmada iştirak etmiş insanlar öz görmə itiliklərini xeyli artıra biliblər və mətnləri əvvəllər onlara əlçatmaz məsafədən oxuyublar" – teleradio şirkətindən bildirilib.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, proqram iki aylıq nəzərdə tutulub: pasiyent həftədə dörd gün olmaqla kompüter ekranı arxasında 25 dəqiqə vaxt keçirməlidir. Bu zaman ekranda göstərilən naxış və şəkillərdə təkrarlanan fiqur və ya əşyaları axtarmaq lazımdır.

"Biz faktiki olaraq beyni məşq etdiririk və bu, gözlərin fiziki formasının artmasına səbəb olur" – yeni texnologiyanın yaradıcılarından biri Aron Zeys  deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL