waplog

Kristina Oyuland: “Azərbaycan elektron hökumət sahəsində Estoniyanı ötüb”


Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib.
 
 Vergilər, Rabitə  və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanda “elektron hökumət” sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilib.
 
Konfransda Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyuland bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra ölkəsində institusional sahədə islahatlar yeni texnologiyalar üzərində aparılıb. Bundan böyük fayda götürən və “Skype”ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələyib. O qeyd edib ki, ölkəsi Azərbaycanın  bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan “şagird müəllimini ötüb keçmişdir”.
 
Sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışıb. O, Azərbaycandakı elektron xidmətlərin cari vəziyyətilə bağlı məlumat verərək bu sahədə əldə olunan nailiyyətlərdən söz açıb.
 
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ildən etibarən “ASAN imza”nın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonları vasitəsilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaratdığını deyib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov da 2005-ci ildən etibarən “elektron hökumət”in yaradılmağa başlandığını diqqətə çatdıraraq planlı təsərrüfat və sovet sistemi səbəbindən Azərbaycanda vergi mədəniyyətinin yeni olduğunu xatırladıb. Elektron vergi sahəsində görülən işlər haqqında iştirakçılara məlumat verən nazir müavini qeyd edib ki, Avropa İttifaqının dəstəyilə elektron audit sistemi hazırlanıb.
Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin Dövlət İnformasiya Sistemləri və Rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycanla rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib. Enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini deyib. Yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının rahatlaşması, həm də yeni iş yerləri, sərmayə yerləri, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını da deyib.
 
“Elektron hökumət”lə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsbəndiyar Əliyev “elektron hökumət”in cari vəziyyəti ilə bağlı ətraflı məlumat verib.
 
Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL