waplog

Səlim Müslümov: “Müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun əmək potensialının yüksəldilməsi əsas prioritetlərdəndir”


Ölkənin iqtisadi tərəqqisinə, müasir texnologiyaların daim genişlənən tətbiqi proseslərinə uyğun olaraq əmək potensialının keyfiyyətcə yüksəldilməsi və işçi qüvvəsinin rəqabətqabiliyyətinin əmək bazarının tələbləri səviyyəsinə çatdırılması əsas prioritetlərdən biridir.
 
Əmək  və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu fikri Avropa Təlim Fondunun (ATF) Azərbaycan üzrə yeni meneceri Franka Krestani ilə görüşündə bildirib. Nazir bildirib ki, aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, 200 peşə standartının və uyğun təlim standartlarının, onların  əsasında 52 peşəyönümü profil və 43 modul təlim proqramının hazırlanması üzrə işlər aparılıb.
 
Hazırda isə həmin standartlar əsasında vətəndaşların peşə səriştələrinin yüksəlməsini təmin etmək üçün Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur.
 
Görüşdə əmək bazarının peşə təhsili və təlimi sisteminə olan tələblərinin iqtisadiyyatın sahələrinin daha geniş şəkildə əhatə olunması ilə müəyyənləşdirilməsi, Milli İxtisas Çərçivəsinə müvafiq olaraq Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması üzrə məsləhətləşmələrlə əlaqədar gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL