waplog

“Procter & Gamble” şirkəti “Bluetooth” ilə təchiz edilmiş diş fırçası təqdim edib


“Procter & Gamble” şirkəti mobil qurğuya qoşulmaq üçün “Bluetooth” ilə təchiz edilmiş “Oral-B” brendi altında diş fırçasını təqdim edib. Dişlərin təmizlənməsi üçün qurğunun qiyməti təxminən 330 dollar təşkil edəcək və bu ilin yayında satışa çıxarılacaq.

Bundan başqa, “Oral-B” diş fırçası Barselonada keçiriləcək “2014 MWC” sərgisində nümayiş olunacaq.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qurğunun yaradıcıları “Reuters” agentliyinə məlumat veriblər ki, təqdim edilmiş qurğu dişlərin təmizlənməsi prosesini real vaxt rejimində izləməyə və istifadəçiyə tövsiyələr verməyə icazə verir: hansı hissələri yaxşı təmizləyib, diş fırçası ilə hansı hissələri daha yaxşı təmizləmək lazımdır. “Smartfon üçün tətbiq hər bir istifadəçi üçün dişlərin təmizlənməsinin optimal modelini seçməyə icazə verəcək” – “Oral-B”-nin nümayəndəsi deyib.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL