waplog

“Facebook”un ofisinə 70 min dollarlıq ekskursiya


Məşhur “Charitybuzz” xeyriyyə hərracı bu yaxınlarda lot kimi “Facebook” sosial şəbəkəsinin qərargahına ekskursiyanı 70 min dollara satıb. “Business insider” bildirib ki, hərracın ilk həftəsi ərzində 23 insan pul qoyub və qiymət 10 min dollara çatıb. Son gün qiymət 60 min dollar olub və hərrac 70 min dollarlıq bir məbləğlə başa çatıb. “Facebook” qərargahına ekskursiya edəcək xoşbəxt insanın kim olduğu bildirilmir. Bununla belə, ekskursiyada Mark Sukerberq ilə görüş olacağına söz verilmir və yalnız “Facebook” sosial şəbəkəsinin ən məşhur funksiyalarını hazırlayan insanları görmək mümkün ola bilər. “Charitybuzz” nümayəndələri hərracın qalibinin adını bildirməkdən imtina ediblər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL